Payız ayı idi. Sabah hələ açılmamışdı. Adamlar şəhərə həftəbazarına gedirdilər. Kimisi satmağa qoyun quzu, kimisi də yumurta aparırdı. Bu insanların arasında Sona da var idi. O öz " Yusif-Züleyxa" adlı xalçasını satmağa aparırdı. O bu xalçanı oğlu Mərdanın toyunda qoymaq istəyirdi. Amma əri öldükdən sonra məcbur olub xalçanı satmağa apardı. O bir yerdə oturub xalçanı sərdi. Hamı xalçanın gözəlliyinə heyran qalmışdı. Birdən bir ingilis gəldi. O satılan şeyləri nəzərdən keçirirdi. İngilisin xalçaya gözü düşdü. Soruşdu ki xalça neçəyədir
Sona xalçanın üstünə qiymət qoymamışdı. Bir qədər düşündü ki niyə bu qədər dəyər verdiyi xalça öz oğluna yox, yadelliyə qismət olsun.
Hamı Sonaya baxırdı. Sona " satmıram!" deyib xalçanı yığışdırdı. İngilis qiyməti 15 qızıla, hətta 100 qızıla qaldırdı. Lakin Sona dedi: İtə ataram, yada satmaram!
Sona arxasını dönüb getdi. Hamı Sonanın arxasınca dedi: Halal olsun belə qadına!