+1 oy
11 gösterim
Duygusal hikayeler kategorisinde (250 puan) tarafından

   Yenə eyni şeylər canlanırdı yaddaşının hər hissəsində. Eyni fəsil, o yağışlı kənd səhəri, güzün gəlişiylə ətrafa yaydığı külək qarışıq möhtəşəm ətir. Kəndlərdə güz göz oxşayan təbiəti ilahi mükəmməliyyətlə təsvir edirdi həm də bir ərazidə yox, bütün bağlarda və sahələrdə belə idi bu. Gənc əsgər gözünü pəncərədən eyni nöqtəyə zilləyərək saatlarla hərəkətsiz dayanaraq düşünər, ya da xatirələrinə axıb gedərdi. Bu hal onu vərəm dispanserinə gətirdikləri gündən indiyədək heç dəyişməmişdi. Əslində bu gənc əsgər hər kəsin diqqət mərkəzinə çevrilmişdi. Hər kəsi bir sual maraqlandırırdı. Hətta hər kəsin özünə uyğun təxminləri də az deyildi. “Görəsən hərbi hissədə şəraitsizlikdənmi bu hala düşüb?” və ya “Bəlkə əvvəldən çətinliklərlə böyüyüb sonra da əsgərlik daha da ağır keçib onun üçün” kimi müxtəlif fikirlər hallanırdı dispanserdə həkimlər və digər işçilər arasında.

        Mənim də diqqətim ancaq ona hakim kəsilmişdi. Yox, yox qətiyyən yaraşıqlı olduğu üçün deyildi bu diqqət. Bəlkədə hekayəsini bilmək istəyirdim sadəcə. Düzünü desəm bu dispanserdə və əsla çölə çıxmadığı, tənhalığın divarlarını əsir aldığı bu palatada belə itirməmişdi yaraşığını. Bəli yalan deyə bilmərəm, o olduqca yaraşıqlı və diqqət çəkici biri idi. Xüsusən də gözləri...

      Onu tanımırdım, lakin, gözlərinə tək bir dəfə cəsarət edib baxa bilmişdim, elə həmin andaca görmüşdüm o qəlbi titrətməyi bacaran gözlərində fəryad qoparan dəhşətli bir keçmişin olduğunu. Xeyir, əsla fərqli bir niyyətim yox idi, gözlərinə də təsadüf nəticəsində baxmışdım. O bu dispanserə gəldiyi ilk gündən mən nəzarət edirdim ona. Hətta desəmki o bura gəldikdən sonra mən hər gecə dispanserdə növbəyə qalıram yalan olmaz. Bilmirəm niyəsini ancaq, onu tək buraxmaq istəmirəm. Düzdü danışmırdı mənlə, heç kimlə danışmırdı o. Ara-sıra için-için ağladığını görmüşdüm..

           Ancaq gördüyümü ona bəlli etməmişdim. Onu elə görəndə ürəyimdə hiss etdiyim sızıltının səbəbi də mənə məlum deyil, heç sorğulamıram da. Yenə yadıma düşdü o gün, gözlərinə baxdığım həmin gün...

        Heç kimlə danışmayan, səsi çıxmayan bu əsgər ilk dəfə o gecə səsini çıxarmışdı. Yaxınlaşıb nə dediyini eşitmək istədim. Tək bir söz çıxdı ağzından...

       “Əslim...”

       Gerisi sükunət oldu. Əlinə toxundum, cəld açdı gözlərini, bax, elə o qısacıq andaca gördüm o gözlərin gözəlliyini və içində qopan fırtınaları.

      O gecədən sonra daha diqqətli davranıram ona qarşı, əvvəlcə bir neçə saat tək qalsa da, indi hər dəqiqə onu izləyirəm. O dinmir, danışmır düzdü. Ancaq mən hiss edirəm ki, Əslim hər kimdirsə bir kəlimədən ibarət deyil...

Yazar: Qayıbova Aytac

image

Yorumunuz

Fotoğraf yükle:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
İki artı iki = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

4,848 Hikayeler

16,438 Yorum

11,837 Alt Yorum

16,853 kullanıcı

81 Online Users
2 Member 79 Guest
Online Members
Today Visits : 3150
Yesterday Visits : 20851
Total Visits : 4722097
...