+5 oy
57 gösterim
Duygusal hikayeler kategorisinde (455,160 puan) tarafından


Səhər idarəyə gedərək həmişəki kimi, Səməndərlə görüşdüm. Bütün 

məktubları çantaya qoyduqdan sonra danışdığımız kimi onun yanından ayrıldım. İlkişim bulağa getmək idi. Onu orada görəcəyimə əmin idim. Kimsəyə görünməmək 

üçün kəndin aşağısı ilə gedirdim. Ara-sıra bir neçə adamla qarşılaşsam da sakitcə

yanlarından keçirdim, onsuzda onlarda mənə elə fikir vermirdilər. Bulağın 

yaxınlığına çatanda iri çinar ağacının arxasına keçərək onun gəlməsini gözləməyə

başladım. Saniyələr dəqiqələrə, dəqiqələr saatlara doğru sürətlə qaçsa da, o 

görsənmirdi. Hər gəlib-keçən qızın üzündə onu axtarır, hər səsdə bir ümidlə ağacın 

arxasından bulağa doğru boylanırdım. Ancaq ondan bir xəbər yox idi. 

Vaxt keçirdi. Hələ məktubları paylamalı idim. Ona görə də gözləməyi buraxıb 

yenidən kəndə qayıtmaq üçün çinar ağacının arxasından çıxdım. Asta addımlarla 

kəndin içinə doğru uzanan yolla gedir, tez-tez arxaya çevrilərək onun görünüb-

görünmədiyinə baxırdım. Yox idi. Bir qədər də getdikdən sonra təpənin üstünə

çatdım. Geriyə dönərək son ümidlə bulaq tərəfə baxdım. Görünmürdü. Artıq 

ümidimi tamamilə itirmişdim. Əlimi gözlərimin üstünə qoyaraq diqqətlə bulağa 

gedən yola son dəfə baxıb geriyə döndüm. Elə yenicə dönmüşdüm ki, bir neçə qızın 

mənə tərəf gəldiyini gördüm. İçlərində o da var idi. Sən demə, o biri yolla deyil, bu 

yolla gəlirmiş bulağa. Onu gördüyüm an sevincimin həddi-hüdudu yox idi. Yerimdə

atılıb-düşməmək üçün özümü güclə saxlayırdım. Elə hey gülürdüm, ancaq onların 

bunu görməməsi üçün üzümü onlara tərəf çevirdim. Məktubu necə verəcəyim 

haqqında düşünmədiyimdən onlar yanımdan ötüb keçəndə sadəcə onlara baxmış, bir 

çıxış yolu tapa bilməmişdim. 

Qızların arxasıyca gedərək bulağa çatmalarını gözlədim. Biraz aralı, buralığın 

arxa tərəfinə keçərək Nazlının məni görməsi üçün diqqətlə ona baxmağa başladım. 

Bir neçə saniyə sonra o da məni görmüşdü ki, iri, qara gözlərini mənə zilləyərək 

təəccüblə əlimdə tutduğum məktubə baxdı. O biri qızların görməməsi üçün məktubu 

ehtiyyatla ona göstərir, məktubun onun üçün olduğunu izah etməyə çalışırdım. 

Amma nə o, mənə tərəf gələ bilirdi, nə də mən ona yaxınlaşa bilirdim. Buna görə də, 

məktubu ona göstərə-göstərə yaxınımda olan küknar ağacının arxasına qoyub 

yavaşca oradan bir qədər uzaqlaşdım. İnanırdım ki, Nazlı onu gəlib oradan 

götürəcək. Bir qədər də keçmişdi ki, Nazlı yanındakı qızlara nəsə deyib küknar 

ağacına tərəf getdi. Ağacın arxa tərəfinə keçib məktubu oradan götürdü. Bunu 

gördüyüm an şaqqanaq çəkərək gülməyə başladım. Məktubu ona verə bilmişdim. 

Geriyə baxmadan Səməndərin yanına qaçmağa başladım. Hər şey mənim gözümdə

bir başqa gözəl görsənirdi. Palçıqdan yollar, daşdan evlər, günəşin yandırıcı şüaları, 

kəndin mərkəzindəki uşaqların məni görüb “dəli yenə qaçır” demələri belə mənim 

üçün bir başqa gözəl idi. Səməndərin yanına tələsirdim. Mərkəzdən keçərək idarəyə

tərəf götürüldüm. Onu orada tapa biləcəyimdən əmin idim. İdarəyə çatıb qapını 

açaraq pilləkənlərlə yuxarı qalxdım. Səməndər yeni gəlmiş məktubları yerbəyer 

edirdi. Məni görüb cəld ayağa qalxdı. “Noldu?” – deyə həyəcanla başını yellədi. 

Gülərək çırtma çalıb oynamağa başladım. Bunu görüb məktubu verdiyimi başa 

düşdü ki, o da əl çalaraq mənimlə oynamağa başladı. İkimizdə idarənin otağında 

atılıb-düşür, sevincimizi bölüşürdük. Səməndərə xəbəri bildirmək istədiyimdən 

xanım Qəniyevanı belə görməmişdim. Səməndər belə sevincindən onu yadından 

çıxarmışdı. Xanım Qəniyeva isə öz masasının arxasında bizi izləyirdi. Anidən 

ikimizə də qışqıraraq sevincimizi böldü.

– Neynirsiz?

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı iki = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

2 Yorumlar

+4 oy
(455,160 puan) tarafından
tarafından seçilmiş
 
En İyi yorum
Xanım Qeniyeva paz olmasa olmazdı da :D
+4 oy
(780 puan) tarafından
Bu hekayə gözəldir. ❤️
(455,160 puan) tarafından
Eyen mənim de severek oxuduğum bir roman idi

7,251 Hikayeler

26,817 Yorum

21,291 Alt Yorum

17,066 kullanıcı

74 Online Users
0 Member 74 Guest
Today Visits : 8527
Yesterday Visits : 15911
Total Visits : 18525376
...