-----
+4 oy
128 gösterim
Duygusal hikayeler kategorisinde (543,870 puan) tarafından

– Atan çoxdan gedib. Sən günorta gedəcəksən onun yanına. Dedi ki, Bəşir 

qalsın, günorta yeməyimi gətirər. – Anam narahatlığımı sezmişdi ki, sakit danışaraq 

məni razı salmağa çalışırdı. – Gəl. Sən də yeməyini ye. 

Asta addımlarla eyvana çıxaraq stola yaxınlaşdım. Stula əyləşib çaydan bir 

qurtum alaraq yeməyə başladım. Səhər yeməyini bitirdikdən sonra stuldan qalxıb 

anamın yanına getdim. Somavorı odlamaqla məşğul idi. Məni görüb əlindəki maşanı 

yerə qoydu. 

– Yeməyini yedin?

– Ha.. – Gülümsəyərək qarşılıq verdim.

– Onda get biraz gəz. Günortaya yaxın gəlib atana yemək apararsan. 

Anamın yanından ayrılaraq həyət qapısından küçəyə çıxdım. Hava 

aydınlaşmış, kənddə çoxdan canlanma başlamışdı. Aşağı düşərək kəndin mərkəzinə

doğru addımlamağa başladım. Bizim Malavar kəndi elə də böyük bir kənd deyildi. 

Kəndin bir başından o biri başına tez vaxtda çatmaq mümkün idi. Üç tərəfi dağlarla 

əhatələnmiş bu kənd çay kənarında yerləşirdi. Dağıt çayının yay aylarında suyu 

azalsa da, payızın gəlməsi ilə o da coşub daşırdı. İndilərdə suyu yavaş-yavaş 

azalmağa başlamışdı belə. Kəndin mərkəzinə çatmağıma az qalmışdı. Dar dalandan 

keçərək torpaq yolla gedir, ara-sıra başımı qaldıraraq günəşə baxmağa çalışırdım. 

Hava həddindən artıq isti idi. Kəndin mərkəzinə çatıb Mehdinin kişinin dükanından 

sola döndüm. Mehdi kişi ilə göz-gözə gəlsək də, həmişəki kimi özünü görməməzliyə

vurmuşdu. Gözümü açandan Mehdi kişini burda görmüşəm. Balaca dükanın içində

bütün günü oturar, gəlib-gedənə bir şeylər satmaqdan çox onlarla söhbət edərdi. 

Balaca dükanın içindən bütün dünyanı görürdü. Hər yerdən məlumatı var idi. Arabir 

dükanın yanında oturar, onun dükana gələnlərlə söhbətlərinə qulaq asardım. Ancaq 

çox vaxt dükanın yanına belə yaxınlaşmağa qoymazdı məni. Uzun çənəsini qaşıya-

qaşıya deyinər, sonra yenidən dükanına girib kiçik pencərədən ətrafı seyr edərdi. 

Dükanı keçərək uşaqların futbol oynadıqları meydançaya tərəf getdim. 

Çoxdan oyuna başlamışdılar. Onlardan bir qədər aralı, otun üstündə oturub onları 

izləməyə başladım. Uşaqlarsa topun arxasıyca düşərək gah o yana, gah da bu yana 

qaçır, topu rəqib qapıdan keçirməyə çalışırdılar. Birdən uşaqlardan biri topu zərblə

vuraraq mən tərəfə atdı. Top başıma dəyərək məni yerə yıxmışdı. Başım ağrısa da, 

yerimdə qalxaraq uşaqlara gülümsədim.

– Ə sən öl, bu gicdi. Başına top dəyir, yenə də gülür. – Uşaqlardan biri məni 

göstərərək dedi. 

– Dəlidi də. – Digər uşaq dedi. – Bəşir, topu at tez bura.

Qaçaraq ağacın dibindən topu götürüb onlara tərəf tutdum. 

– At daaa. Tez ol! – Sarışın uşaq qabağa gələrək qışqırdı. 

İki əlimlə topu onlara tərəf atdım. Uşaqlardan biri topu tutanda gülərək iki 

əlimi də bir-birinə vurdum. Ancaq onlar heç buna fikir də vermədilər. Geriyə dönüb 

yenidən öz oyunlarına davam etdilər. Mənsə yenə otun üstündə oturaraq onlara 

baxmağa davam etdim. İndiyə kimi heç vaxt futbol oynamamışdım. Bəlkə də

bacarmazdım deyə məni oynatmırdılar. Heç mən də istəməmişdim. 

Uşaqlar elə hey topun arxasıyca qaçırdılar. Mənsə artıq onlara baxmaqdan 

bezmişdim. Ayağa qalxaraq evin yolunu tutdum. Atamın yanına getməli idim. Anam 

elə demişdi. Yenidən Mehdi kişinin dükanına çatıb sağa döndüm. Dar dalandan

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı Dört = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

1 yorum

+2 oy
(162,980 puan) tarafından
tarafından seçilmiş
 
En İyi yorum
Güzel devam ediyor....
Ad after All Answers

7,582 Hikayeler

27,972 Yorum

23,781 Alt Yorum

20,091 kullanıcı

60 Online Users
0 Member 60 Guest
Today Visits : 11875
Yesterday Visits : 24165
Total Visits : 31210635
...