+2 oy
105 gösterim
Duygusal hikayeler kategorisinde tarafından
Ermənilərin kəndə atdığı ilk mərmi Əhmədgilin tövləsinin bir tərəfini və onun yanındakı toyuq hinini uçurdu. Ətrafa səpələnən qəlpələr tut ağacının yanındakı ulağı yaraladı, taxtapuşa dəyip şaqqıldadı, pəncərələrin şüşələrini çilik-çilik elədi. İkinci, üçüncü mərmi kəndin ayağında partladı. Bir anda aləm bir-birinə dəydi. Arvad-uşağın səsindən, inəklərin böyürtüsündən, toyuq-cücənin qaqqıldısından qulaq tutulurdu.
Əhməd qızının qolundan tutub qorxudan özünü itirmiş arvadını və karıxıb qalmış oğlunu tələsdirdi: Qaçın, minin maşına!
Onlar maşına tərəf qaçırdılar. Əhmədin qonşusu Arif dedi: Nə olub Əhməd yoxsa yenə ermənilər müdafiəmizi yarıblar?
Əhməd təsdiqlədi: Hə
Arif: Ayə, bizim uşaqları qoyub getmə!
Əhməd: Gözləyirəm, tez gəlin!
Əhmədgil maşına mindi. Əhməd maşını açıqlığa sürdü ki, camaat gəlib minsin. Qonşular gəldilər. Arvadların əlində bir neçə bağlama vardı. Heç kimi qınamaq olmazdı. İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpımında atıb getmək asan məsələ deyil...
Nəhayət hamı hazır oldu. Bir neçə ailə əşyalar ilə birlikdə maşının kuzovuna minmişdi. Əhməd maşını işə salmazdan qabaq başını çevirib bir müddət qapısını belə örtmədiyi evinə həsrətlə baxdı. Yaşla dolan gözlərini yanında oturan arvad-uşağından gizlətdi.
Əhməd maşını yenicə sürmüşdü ki, qızı qolundan tutub dedi: Saxla ata, saxla!
Əhməd dayanıb soruşdu:Nə olub qızım?
Qızcığaz heç nə demədən qapını açıb maşından düşdü və evinə doğru qaçdı. Əhməd qızının dalınca götürüldü. Hamı qorxu içində idi.
Bir az sonra Əhməd qızı qucağında gəldi. Maşına minəndə anası hirsini qızının üstünə tökdü: Ay qız, bu nə oyundu çıxarırsan?!
Yerini təzəcə rahatlayan qızcığaz əlindəki kitab-dəftərini göstərib dedi: Axı mən bunlarsız sabah məktəbə necə gedəcəkdim ana?
Ananın gözləri doldu. Demə qızı üçün ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı iki = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

1 yorum

+2 oy
tarafından
düzenlendi
Size iki soru sizin için en deyerli şey nedir?
Ve her bir insan için en önemli şey nedir?
(25,380 puan) tarafından
Benim için en değerli şey aile ve en önemli şey ise ilimdir

7,266 Hikayeler

26,818 Yorum

21,291 Alt Yorum

17,074 kullanıcı

43 Online Users
0 Member 43 Guest
Today Visits : 9962
Yesterday Visits : 13045
Total Visits : 18849632
...